“Hizbullah” liderinin dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
İsrailin hava hücumu nəticəsində ölən Livan “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək.
TodayPress verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb.
Qeyd edək ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu bombalaması nəticəsində ölüb.
tag: İsrail ,Hizbullah ,Hava Hücumu ,Livan ,Həsən Nəsrullah ,todaypress.az,