Hizbullah lideri Cənubi Kipr Rum Administrasiyasını hədələdi
Hizbullah Hərəkatının
baş katibi Həsən Nəsrullah İsrailin Cənubi Kipr Rum Administrasiyasının hava
limanları və hərbi bazalarından Livana mümkün hücumda istifadə etməklə
hədələyib.
TodayPress xəbər verir ki, Nəsrullah iyunun 11-də İsrail ordusunun Livanın
cənubuna endirdiyi hava hücumu zamanı həlak olan Talib Sami Abdullahın anım
mərasimində iştirak edib və videokonfrans vasitəsilə sərt açıqlamalar verib.
1948-ci ildə İsrail Dövlətinin qurulmasından sonra ilk
dəfə olaraq İsrailin şimalındakı israillilərin bölgələrini tərk etməli
olduqlarını və İsrailin orada təhlükəsizlik kəməri qurmalı olduğunu ifadə edən
Nəsrullah, Livanlıların ən bariz dəlillərindən biri olduğunu söyləyib.
İsrailin Cənubi Kipr Rum İdarəsində davamlı olaraq
hərbi təlimlər keçirdiyini ifadə edən Nəsrullah, Livana qarşı ola biləcək
hücumda Cənubi Kipr Rum Administrasiyasının hava limanları və
hərbi bazalarından istifadə edəcəklərinə dair kəşfiyyat məlumatı və
dinləmələr əldə etdiklərini bildirib.
Nəsrullah Kipr Rum Administrasiyasını Livana hücum
etmək üçün öz bazalarını İsrailə açdıqları halda, Hizbullah
"GCASC"-ni müharibənin bir hissəsi hesab etməklə hədələyib
Hizbullahın müharibə niyyəti olmasa da, İsrail dən
ehtiyyat edərək şimaldakı qüvvələrini gücləndirməyə davam etdiyini bildirən
Nəsrullah bunun İsrail ordusu üçün Qəzzada cəbhəyə təsir etdiyini qeyd edib.
İsrailin sərhəddə gərginliyi artırmasına toxunan
Nəsrullah, "Livana tətbiq oluna biləcək hər hansı bir müharibə
vəziyyətində Qalileyaya (İsrailin şimal bölgələri) hücum ehtimalı var"
deyib.
Hizbullahın İsrailin şimalındakı sərhəd xəttindəki
hərbi mövqelərə davamlı hücumlar etdiyini bildirən Nəsrullah, "Mövqelər
boş deyil və içəridə hələ də əsgərlər var" deyə vurulayıb.
GÜNEL
tag: Hisbullah, Livan, İsrail, Kipr Rum Administrasiyası, todaypress.az,