“Hizbullah” komandirin ölümünü təsdiqlədi
“Hizbullah” hərəkatın Hərbi Hava Qüvvələri komandiri Məhəmməd Hasin Saruru ölümünü təsdiqləyib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bundan başqa İsrail Müdafiə Qüvvələrinin (İDF) həyata keçirdiyi əməliyyat nəticəsində azı 4 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı güman edilir.
Qeyd edək ki, İDF-nin mətbuat xidməti bu ölkənin Hərbi Hava Qüvvələrinin sentyabrın 26-da Beyruta endirdiyi zərbələr nəticəsində “Hizbullah” komandirinin zərərsizləşdirildiyini bəyan etmişdi.
Günəş Mərd
tag: Hizbullah ,Hərbi Hava Qüvvələri , Məhəmməd Hasin Sarur ,İsrail, Beyrut ,todaypress.az,