“Hizbullah” komandiri Livan yaxınlığında öldürüldü

Dünya

03.12.2024 17:30

İsrail ordusu Suriyada “Hizbullah”ın hərbi liderlərindən birini məhv edib. 

TodayPress xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Qeyd olunub ki, komandir İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq yaxınlığında avtomobilə endirdiyi zərbə nəticəsində həlak olub.

Raket düşən zaman nəqliyyat vasitəsi yanıb. Sürücü ağır yaralanıb.

Bir gün əvvəl İsrail təyyarələri Livanda “Hizbullah” buraxılış məntəqələrinə  hücum edib. İsrail Müdafiə Qüvvələri hücumun “Hizbullah”ın Dov dağına raket atmasına cavab olduğunu vurğulayıb.

Benyamin Netanyahu bildirib ki, İsrail ordusu Livanla atəşkəsə ciddi şəkildə əməl edir, eyni zamanda “Hizbullah”dan gələn hər hansı pozuntuya cavab verməkdə qətiyyət nümayiş etdirir.

Töhfə Səməd

tag: Hizbullah, İsrail, Hava Qüvvələri, Hücum, Netanyahu, todaypress.az,