“Hizbullah” İsrailin qarşısını kəsdi: Bölgədə şiddətli döyüşlər başladı
Dünya
03.10.2024 16:15
“Hizbullah” hərəkatının döyüşçüləri artilleriyanın köməkliyi ilə İsrail ordusunun (İDF) Livan ərazisinə keçməsinin qarşısını aldığını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
“İsrailin qüvvələrinin Livana keçmək cəhdinə artilleriya atəşi ilə cavab verilib” deyə hərəkatdan bildirib.
Qeyd edək ki, oktyabrın 2-də Livanın cənubunda, Marun ər-Ras sərhəd bölgəsində İsrail ordusu ilə “Hizbullah” hərəkatı arasında qarşıdurma yaşanıb.
Günəş Mərd
tag: Hizbullah ,Hərəkat, Livan ,İsrail, Hücum ,todaypress.az,