“Hizbullah” İsrailin hərbi qərargahına hücum etdi
“Hizbullah” təşkilatının silahlı qüvvələri Livanla sərhəddən 20 kilometr aralıda, Safed şəhərində yerləşən İsrail Müdafiə Qüvvələrinin (IDF) şimal hərbi dairəsinin qərargahına raket zərbəsi endirib.
TodayPress xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, “Hizbullah”ın silahlı qüvvələri Livanla Aşağı Qalileyada, sərhəddən 35 kilometr aralıda yerləşən Tiberiya şəhərini, həmçinin Holan təpələrindəki Huma kəndində yerləşən İsrail hərbi bazasını raket atəşinə tutublar.
Öz növbəsində, Qərbi Qalileyada, Zaritdəki ordu kazarmaları çoxsaylı raket sistemlərindən atəşə tutulub.
Günəş Mərd
tag: İsrail,Hizbullah,Hücum,Holan ,Todaypress.az,