"Hizbullah" İsrailin hərbi bazasına hücum etdi
Dünya
23.08.2024 12:18
Livanın "Hizbullah" təşkilatı İsrail Hərbi Hava Qüvvələrinin Meron dağındakı hava nəzarət bazasına hücum edib.
TodayPress xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
İsrail bazasına raket hücumundan sonra hərbi obyektdə yanğın baş verib.
"Hizbullah"ın məlum hücumundan sonra İsrail hakimiyyəti Livan hökumətinə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, əgər hücumlar dayandırılmasa, Livanın cənubunda qurudan əməliyyatlar başladılacaq.
tag: Gürcüstan, Baş Nazir, Kobaxidze,Livan,Hücum, todaypress.az,