“Hizbullah” İsrailin hava limanına hücum edəcək /- KİV
Dünya
25.08.2024 10:50
“Hizbullah” hərəkatı İsrailin Ben Qurion hava limanına hücum etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
Məlumatda “Hizbullah”ın Təl-Əvivdəki digər strateji hədəfləri vurmaq niyyəti barədə də məlumat verilib.
Eyni zamanda, Livanın “Əl Mayadeen” telekanalı Hizbullahın gecələr Hayfaya zərbə endirmək cəhdləri barədə məlumat yayıb.
Ümumilikdə, avqustun 25-də səhər saatlarında “Hizbullah” İsrailə 300-dən çox PUA və raket zərbəsi endirib.
Günəş Mərd
tag: İsrail,Hizbullah, PUA, todaypress.az,hava limanı,