Hizbullah İsraili “Katyuşa” ilə vurdu
Dünya
14.09.2024 12:39
Hizbullah hərəkatı İsrailin şimalına onlarla “Katyuşa" raketi (BM-13) atdığını, Amiad şəhərindəki hərbi baza və logistika anbarlarını hədəf aldığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Həmçinin Livanın Kfarçuba təpələrində İsrailin “Merkava” tankının raketlə məhv edildiyini açıqlayıb.
İsrail hərbçiləri Yuxarı Qalileydəki hücumu təsdiqləyərək, beş mərminin İsrail ərazisinə düşdüyünü, lakin itkilərin olmadığını bildirib. Lakin tanka hücumla bağlı heç bir açıqlama verilməyib.
tag: İsrail, Hizbullah, Hərəkat, Katyuşa ,BM-13, todaypress.az,