“Hizbullah” İsraili atəşə tutdu

Dünya

08.09.2024 12:30

707

“Hizbullah” İsrail ordusunun mövqelərinə qarşı hücuma keçib.

TodayPress xəbər verir ki, bu barədə qurumun “Telegram” kanalından məlumat yayılıb.

Qurum Livanla sərhəddən 2,5 kilometr aralıda yerləşən Kiryat Şmona şəhərindəki ordunu hədəfə alıb.

Hücumun nəticələri barədə təfərrüatlar və qurbanlar haqqında məlumat hələ ki, verilmir.

Töhfə Səməd

tag: Hizbullah,İsrail,Livan,Hücum,Raket,Atəş,todaypress.az,