"Hizbullah": İsrailə hücumda iştirak etmirik
Livanın "Hizbullah" təşkilatının rəhbərliyi bəyan edib ki, onlar İsrail ərazisinə raket hücumlarında iştirak etmirlər.
TodayPress xəbər verir ki, bu barədə "LBCI" televiziyası məlumat yayıb.
Bildirilib ki, "Hizbullah" müvafiq məlumatları respublika prezidenti Cozef Aun və baş nazir Navaf Salama çatdırıb.
Bəyanatda deyilir ki, təşkilat insidentlə hər hansı əlaqəni inkar edir və atəşkəs rejiminə sadiq qaldığını bir daha bəyan edir.
“Biz Livan dövlətini dəstəkləyirik və hərbi eskalasiyaya qayıtmaq niyyətində deyilik”.
Töhfə Səməd
tag: Livan,Hizbullah,İsrail,Cozef Aun,Navaf Salam,todaypress.az,