“Hizbullah” İsrailə 4 mindən çox raket zərbəsi endirdi

Dünya

02.11.2024 11:30

1354

“Hizbullah” oktyabr ayında İsrailə 4400-dən çox raket atıb. 

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Hesabatda deyilir: 

“Oktyabr ayında “Hizbullah” tərəfindən İsrailə qarşı 4,4 mindən çox raket atılıb. Bundan başqa, İsrail silahlı qüvvələri Livanda quru əməliyyatı zamanı 3 mindən çox partlayıcı qurğu və 2,5 minə yaxın raket, reaktiv yaylım atəşi sistemləri, “Kornet” tank əleyhinə raket kompleksləri və müxtəlif buraxılış qurğuları aşkar edib”.

 Töhfə Səməd

tag: Kornet, Raket,İsrail, Hizbullah, Zərbə, todaypress.az,