“Hizbullah” İsrail ərazisini raket atəşinə tutdu
Dünya
02.08.2024 05:00
“Hizbullah” təşkilatının
İsrailin Qərbi Qalileya bölgəsinə 60-dan çox raket atdığı bildirilir.
TodayPress xəbər
verir ki, bu haqda “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Məlumatda həmçinin
raketlərdən 15-ə yaxınının göydə vurulduğu bildirilir.
Bu hücum Beyrutda “Hizbullah”
komandiri Fuad Şükr və Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin
öldürülməsindən sonra İsrailə edilən ilk kütləvi raket hücumudur.
Sosial şəbəkələrdə İsrailin “Dəmir
günbəz” raketdən müdafiə sisteminin işini əks etdirən videogörüntülər yayılıb.
tag: Hizbullah, İsrail, Raket, Qərbi Qalileya, todaypress.az,