“Hizbullah” İsrail ərazisinə 70-dən çox raket atdı
Dünya
25.08.2024 09:34
“Hizbullah” hərəkatı gecə ərzində İsrail ərazisinə 70-dən çox raket və İHA atıb.
TodayPress xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
“Hizbullah”ın zərbələri fonunda avqustun 25-də İsrailin müdafiə naziri Qalant ölkədə növbəti 48 saat ərzində fövqəladə vəziyyətin tətbiq olunacağını elan edib.
Eyni zamanda, “Hizbullah” İsrailə qarşı cavab zərbəsinin birinci mərhələsinin başa çatdığını artıq elan edib, ikincinin nə vaxt baş tutacağı isə məlum deyil” deyə məlumatda qeyd olunub.
Günəş Mərd
tag: İsrail,Hizbullah, PUA, todaypress.az,raket,