“Hizbullah” İsrail ərazilərinə yeni hücumlar elan etdi
Dünya
28.10.2024 16:20
“Hizbullah” İsrail ərazisinə növbəti zərbələr endirdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə məlumat təşkilatın “Telegram” kanalında dərc olunub.
Qeyd olunub ki, İsrailin şimal-qərbindəki Akko şəhəri yaxınlığında yerləşən hərbi-sənaye müəssisəsi pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Bundan başqa, yəhudi dövlətinin şimalında, Livanla sərhədə yaxın Kiryat Şmona şəhərinə də bir neçə raket atılıb. Hücumların nəticələri barədə məlumat verilmir.
Töhfə Səməd
tag: İsrail, Hizbullah, Şimal, Akko, todaypress.az,