“Hizbullah” İraq hökumətini Suriyaya qoşun göndərməyə çağırdı

Dünya

03.12.2024 13:40

Hizbullah Bağdadı müxalifətçilərin hücumuna qarşı hökumətə dəstək vermək üçün Suriyaya qoşun göndərməyə çağırıb.

TodayPress xəbər verir ki, bu barədə “Hizbullah” bəyanat yayıb.

“Hizbullah” sözçüsü qruplaşmanın hələ öz döyüşçülərini Suriyaya göndərməyə qərar vermədiyini, lakin İraqı hərəkətə keçməyə çağırdığın bildirib.

"Biz hesab edirik ki, İraq hökuməti Suriya hökuməti ilə koordinasiyalı şəkildə hərbi qüvvələr göndərmək təşəbbüsü ilə çıxış etməlidir, çünki müxalifətçilər İraqın milli təhlükəsizliyi və regionu üçün təhlükə yaradır" sözçü bildirib.

tag: Hizbullah, Bağdad, Suriya, İraq, todaypress.az,