"Hizbullah" İrandan xəbərsiz İsraili vura bilər

Dünya

08.08.2024 09:21

1253

Livanda yerləşən "Hizbullah" qruplaşması İrandan asılı olmayaraq yaxın günlərdə İsraili vura bilər.

TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. 

Bildirilib ki, "Hizbullah" gizli şəkildə hücuma hazırlaşır. Bununla belə, onun öz hərəkətlərini İranla koordinasiya edib-etmədiyi bəlli deyil.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı  evində öldürülməsindən sonra başlayıb.

Günəş Mərd

tag: Livan, Hizbullah, HƏMAS, Tehran, İsmayıl Haniyə, Yaxın Şərq, todaypress.az,