“Hizbullah” hücumu etdi, İsrail ordusu itki verdi
Dünya
05.08.2024 13:18
Livanın
“Hizbullah” hərəkatının yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail
ordusunun 91-ci diviziyasının qərargahına hücum ediblər.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə
hərəkatın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, əsgər və zabitlərin mövqelərinə hücum təşkil
edilib.
"Birbaşa
endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var" deyə məlumatda bildirilib.
Vurğulanıb ki, bu hücum İsrailin Livanın Bazuriya və Hula
yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavabdır.
tag: "Hizbullah", İsrail, Livan, Hücum, todaypress.az,