“Hizbullah” hərbi bazalara raket zərbələri endirdi
Dünya
26.10.2024 16:55
“Hizbullah” qüvvələri İsrailin şimalındakı Hayfa və Safed şəhərlərinin ətrafına raket zərbələri endirib.
TodayPress xəbər verir ki, bu barədə qurumun “Telegram” kanalında yerləşdirilən kommünikedə deyilir.
“İslam müqaviməti döyüşçüləri Hayfanın şimalındakı HaKrayot ətrafında yerləşən hərbi hədəflərə yer-yer raketləri ataraq onları vurdular” deyə mətndə qeyd edilib.
Livanla sərhəddən 20 km aralıda, Safed şəhəri yaxınlığındakı İsrail hərbi kəşfiyyat bazası və Mişardakı səhra düşərgəsi də atəşə tutulub.
Bundan əvvəl “Hizbullah”ın pilotsuz təyyarələri İsrail Hərbi Hava Qüvvələrinin Təl-Əvivdən 27 km aralıda yerləşən Tel-Nof bazasına hücum edib.
Bu əməliyyatların İsrailin İrana zərbələrinə cavab olaraq həyata keçirilib-keçirilmədiyi hələ ki, məlum deyil. “Hizbullah” rəhbərliyindən bununla bağlı heç bir açıqlama verilməyib.
Töhfə Səməd
tag: Hizbullah, İsrail, Safed, Hayfa, İslam, Livan, todaypress.az,