“Hizbullah” Hayfaya raket zərbəsi endirdi

Dünya

17.10.2024 13:25

1871

Bu gün səhər saatlarında “Hizbullah” İsrailin hayfa şəhəri istiqamətinə raket buraxıb.

TodayPress xəbər verir ki. bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Hayfa və Yuxarı Qaliley də daxil olmaqla, 4 bölgədə hava həyəcanı sirenləri işə düşüb.

Təsbit edilən iki raketdən biri vurulub, digəri isə açıq əraziyə düşüb.

Qeyd edək ki, 13 oktyabrda “Hizbullah” Hayfa yaxınlığında hərbi bazaya zərbə endirmişdi. Nəticədə 4 əsgər ölmüş, 67 əsgər yaralanmışdı.

tag: Hizbullah ,İsrail ,Hayfa ,Yuxarı Qaliley, Raket ,todaypress.az,