“Hizbullah” daha iki İsrail siyasətçisinə qarşı sui-qəsd təşkil etdi
Dünya
21.10.2024 16:55
“Hizbullah” İsrailin baş naziri Benyamin Netanyahunun evinə hücumdan sonra daha iki israilli siyasətçiyə qarşı sui-qəsd təşkil edib.
TodayPress xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Sui-qəsdin konkret hansı siyasətçilərə qarşı olduğu açıqlanmayıb. Mənbələrin məlumatına görə, bununla bağlı İsrail tərəfi “Hizbullah”a mesaj verib ki, əgər hücum olarsa, Beyrutun cənub ətrafını və təşkilatın Livanın paytaxtında yerləşən Dahiya bölgəsini tamamilə məhv edəcək. Kanalın həmsöhbətlərinin sözlərinə görə, “Hizbullah” artıq mesajı alıb, lakin hələlik bu məsələ ilə bağlı heç bir qərar verməyib.
Töhfə Səməd
tag: Hizbullah, Sui-Qəsd, Beyrut, Benyamin,Hücum, todaypress.az,