“Hizbullah” ağır itki verdi – 339 NƏFƏR ÖLDÜRÜLDÜ
Dünya
12.06.2024 11:00
İsrailin hava hücumundan sonra “Hizbullah” xeyli itki verib.
TodayPress xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.
Qruplaşma avizərbələr nəticəsində biri səhra komandiri olmaqla, 4
üzvünün öldürüldüyünü açıqlayıb. Ölən Talib Sami Abdullah adlı komandirin “Hizbullah”ın
cənub bölgəsində aparıcı səhra komandirlərindən biri olduğu bildirilib.
Qeyd edək ki, İsrail ordusu ilə “Hizbullah” arasında yaşanan qarşıdurmada qruplaşmanın artıq 339 silahlısı zərəsizləşdirilib.
Günəş Mərd
tag: Livan, Hizbullah, İsrail, Avizərbə,todaypress.az,