“Hizbullah” ABŞ-ni mülki əhalinin ölümündə günahlandırdı
Dünya
30.09.2024 16:45
“Hizbullah”ın baş katibinin müavini Naim Qasim bildirib ki, ABŞ İsrailin Livanda mülki əhaliyə qarşı törətdiyi qırğınlarda iştirak edir.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“İsrail mülki şəxslərə, uşaqlara, qocalara və qadınlara öz evlərində hücum edir. Onlar yaraqlıları məhv etmirlər, əksinə Livanın dinc əhalisinə qarşı qırğınlar törədirlər və ABŞ onlarla birlikdə bu cinayətlərdə iştirak edir” deyə baş katibin müavini bildirib.
Qasimin sözlərinə görə, Təl-Əviv səlahiyyətliləri məqsədlərinə çata biləcəklərini düşünürlərsə, çox yanılırlar. O, “Hizbullah”ın İsrailə qarşı mübarizəni davam etdirəcəyini vəd edib.
Töhfə Səməd
tag: Hizbullah, ABŞ ,Təl-Əviv, Livan, Naim Qasım ,todaypress.az,