Hindistanlı qadının ölümünü ələ salan ABŞ polisi işdən çıxarıldı
Ötən il həyatını itirən hindistanlı
tələbənin həyatının "məhdud dəyərdə" olduğunu deyən ABŞ polisi işdən
qovulub.
TodayPress xəbər verir ki, Sietl
Polis Departamenti zabit Daniel Odererin Cahnavi Kandulanın ölümü ilə bağlı şərhlərinin
"alçaq" və "qəddarca" olduğunu açıqlayıb.
23 yaşlı Kandula yanvar ayında
universitetinin yaxınlığındakı küçədən keçərkən başqa bir polis maşını tərəfindən
vurularaq həyatını itirmişdi.
Danielin həmkarına zəng edərək
hadisə barədə danışdığı anlar bədən kamerasında əks olunub.
O dialoq zamanı gülərək “Amma
o ölüb. Yox, adi bir adamdır. Sadəcə çek yaz” ifadələrini işlədib.
“On bir min dollar. Onun 26
yaşı var imiş. Onsuz da dəyəri məhdud idi” deyə Daniel deyib.
Video sosial şəbəkələrdə geniş
yayılıb və internetdə etirazlara səbəb olub.
Sietl Polis Departamentinin
müvəqqəti rəisi Syu Rar departamentin elektron poçtu vasitəsilə polisin işdən
çıxarılmasını elan edib.
Onun hərəkətləri bütün şöbəni
və polis peşəsini utandırdı, deyə o yazıb.
Qeyd edək ki, Daniel Oderer hadisədən sonra istintaqa cəlb edilmişdi.
Nəzrin Cavadzadə
tag: Hindistan,Tələbə, ABŞ, Polis, todaypress.az,