Hindistanın Ukrayna ilə bağlı heç bir sülh planı yoxdur

Dünya

25.09.2024 11:29

“Hindistanın Ukrayna ilə bağlı sülh planı yoxdur, lakin o, münaqişənin hər iki tərəfi ilə əlaqə saxlayır və birindən digərinə məlumat ötürür”. 

TodayPress xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib.

"Bu, bizim apardığımız araşdırma növüdür. Yəni, bizim sülh planımız yoxdur" deyə o, Nyu-Yorkdakı Asiya İctimai Siyasət İnstitutunda müzakirə zamanı bildirib. 

Onun fikrincə, hazırda hər iki tərəflə qarşılıqlı əlaqədə olmaq arzusu və ya imkanı olan ölkələr və liderlər elə də çox deyil. 

Qeyd edək ki, Caişankarın bəyanatı Hindistanın baş naziri Narendra Modinin BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra verilib. 

Töhfə Səməd

tag: Hindistan ,Ukrayna ,Nyu-York ,Asiya ,BMT ,Zelenski, todaypress.az,