Hindistanın müvəqqəti işlər vəkili Pakistan XİN-ə çağırıldı

Dünya

07.05.2025 10:30

8

Pakistan Xarici İşlər Nazirliyi Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Səbəb isə Hindistanın Pakistan, Cammu və Kəşmir ərazilərində bir neçə mövqeyə endirdiyi təxribat xarakterli hava zərbələri ilə bağlı rəsmi etirazın bildirilməsi olub.

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, Hindistanın bu “açıq təcavüz aktı” Pakistanın suverenliyinin kobud şəkildə pozulmasıdır:

“Bu cür hərəkətlər BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və dövlətlərarası münasibətləri tənzimləyən prinsiplərə ziddir. Pakistan Hindistanın bu düşməncəsinə davranışına verdiyi əsassız bəhanələri qətiyyətlə rədd edir”.

Rəsmi İslamabad Hindistan tərəfini belə məsuliyyətsiz davranışların regionda sülh və sabitlik üçün ciddi təhdid yaratdığı barədə xəbərdar edib.

Töhfə Səməd

tag: Pakistan ,XİN,Hindistan,todaypress.az,