Hindistanın müqəddəs çayı zəhərli “yorğan”la örtüldü

Dünya

19.10.2024 18:10

2249

Hindistanın Yamuna çayı qalın ağ zəhərli köpük təbəqəsi ilə örtülüb. 

TodayPress xəbər verir ki, müqəddəs hind çayının sularının çirklənməsi haqqında “Hindistan Times” məlumat yayıb.

Yeni Dehlidə havanın keyfiyyətsiz olması, həmçinin kanalizasiya sularının axıdılması nəticəsində suyun səthində əmələ gələn zəhərli köpük şəhər sakinləri tərəfindən təəccüblə qarşılanıb. İnsanlar bildirir ki, çayın üzəri sanki ağ yorğanla örtülüb. 

Köpük yüksək nisbətdə ammonyak və fosfat ehtiva edir və ciddi sağlamlıq riskləri yaradır. Bu, xüsusilə də insanların tənəffüs sisteminə və dərisinə ciddi zərər verə bilər.

Bununla yanaşı, yaranan köpük noyabrın 5-də baş tutacaq böyük “Chhath Puja” festivalı üçün təhlükə yaradır. Ənənəyə görə, bayram zamanı dindarlar çaya qərq olurlar. Səlahiyyətlilərin artıq tədbir görməyə başladıqları bildirilib. 

Töhfə Səməd

tag: Dehli, Köpük,Chhath Puja, Hindistan, Yamuna, todaypress.az,