Hindistanın milli parkında baş verən daşqınlarda altı kərgədan öldü
Dünya
08.07.2024 21:30
Hindistanın şimal-şərqindəki
milli parkda baş verən daşqın nəticəsində ən azı altı nadir kərgədan da daxil
olmaqla 130-dan çox vəhşi heyvan ölüb.
TodayPress “BBC”-yə istinadən
xəbər verir ki, Assamda yerləşən Kaziranqa Milli Parkı son illərin ən pis daşqınını
yaşayır.
Məlumata görə, ölən heyvanlar
arasında 117 baş maral, iki sambar maralı, bir makaka və bir su samuru olub. Onların
əksəriyyəti boğularaq ölüb.
Xatırladaq ki, 2017-ci ildə
parkda daşqınlar və heyvan dəhlizləri ilə yüksək dağlıq ərazilərə miqrasiya
zamanı avtomobillərin toqquşması nəticəsində 350-dən çox heyvan tələf olmuşdu.
Rəsmilər 97 heyvanı sel
sularından xilas etdiklərini, onlardan 25-nə tibbi yardım göstərildiyini,
52-nin isə müalicədən sonra evə buraxıldığını bildirib.
Kaziranqa, əsrin əvvəllərində nəsli, demək olar ki, kəsilməkdə olan 2400-dən çox təkbuynuzlu kərgədanı ilə YUNESKO-nun Dünya İrsi siyahısına daxildir.
Nəzrin Cavadzadə
tag: Hindistan, Milli Park, YUNESKO, Kərgədan, todaypress.az,