Hindistanın keçmiş səfiri : "Hindistan İsrailə silah tədarük edə bilər"

Dünya

25.06.2024 21:11

"Hindistan 1999-cu ildə Pakistanla müharibədə İsrailin göstərdiyi yardımın qarşılığını ödəmək üçün İsrailə silah verə bilər".

TodayPress xəbər verir ki, bu sözləri İsrailin Hindistandakı keçmiş səfirlərindən biri olan Daniel Karmon "Ynetnews"a müsahibəsində deyib. O, hazırda Qəzzada müharibə davam etdiyi üçün Dehlinin İsrailə silah tədarük etməsi ilə bağlı məlumatları nə təsdiq, nə də təkzib etdiyini bildirib. 

Karmon,həmçinin 1999-cu ilin may-iyul ayları arasında Cammu və Kəşmirin Kargil bölgəsində Hindistan və Pakistan arasında baş vermiş müharibədə İsrailin Hindistana silah tədarük etdiyini hindlilərin də bunu unutmadığını vurğulayıb.

"Hindistanlılar həmişə bizə xatırladırlar ki, İsrail Kargil müharibəsi zamanı yanımızda olub. Ona görə də Hindistan bu yaxşılığın qarşılığını vermək üçün İsrailə silah verə bilər" deyə keçmiş səfir əlavə edib.

Qeyd edək ki, fevral ayında Hindistan mətbuatında çıxan bəzi xəbərlərdə Dehlinin İsrailə Heyərabadda istehsal olunan qabaqcıl Hermes 900 pilotsuz təyyarələri verdiyi bildirilmişdi.

GÜNEL

tag: Hindistan, Yeni Dehli, İsrail, Səfir, Silah tədarükü, todaypress.az,