Hindistanın keçmiş baş naziri vəfat etdi
Hindistanın
keçmiş baş naziri Manmohan Sinq 92 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"O,
yaşla əlaqədar xəstəliklərlə bağlı müalicə alırdı və 2024-cü il dekabrın 26-da
evdə qəfil huşunu itirib. Dərhal evdə reanimasiya tədbirlərinə başlanılıb. Təcili
Tibbi Yardım Stansiyasına gətirilib. Bütün səylərə baxmayaraq, onu sağaltmaq mümkün
olmayıb " məlumatda bildirilib.
Manmohan
Singh Hindistanın ən qədim siyasi partiyası olan Hindistan Milli Konqresinin
üzvü idi. O, 2004-cü ilin mayından 2014-cü ilin mayına kimi iki müddət baş
nazir vəzifəsində çalışıb.
Aynur TAC
tag: Hindistan, Baş Nazir, Ölüm, Manmohan Sinq, Milli Konqres, todaypress.az,