Hindistanın baş naziri Ukraynaya səfər edəcək
Dünya
27.07.2024 05:00
Hindistanın baş naziri
Narendra Modi avqustun sonunda Ukraynaya səfər edəcək.
TodayPress xəbər verir
ki, bu barədə öz mənbələrinə istinadən “Wion” telekanalı məlumat yayıb.
Telekanalın məlumatında
deyilir:
“Modinin Kiyevə səfəri gözlənilir.
Onun səfəri hələ də planlaşdırılır. Səfərin avqustun üçüncü həftəsində baş
tutacağı gözlənilir. Çox güman ki, avqustun 23-ü. Dehlinin diplomatik dairələrindəki
bir neçə mənbə bunu təsdiqləyib”.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Modinin Moskvaya səfərini tənqid edərək bunu sülh səylərinə sarsıdıcı zərbə adlandırmışdı. Ukraynanın bu ölkədəki səfiri Hindistanın Xarici İşlər Nazirliyinə öz narazılığını bildirmişdi.
tag: Hindistan, İtaliya,Modi,Kiyev, todaypress.az,