Hindistanın baş naziri Ukrayna müharibəsindən danışdı

Dünya

22.10.2024 17:55

Ukraynadakı münaqişə sülh yolu ilə bitməlidir və Nyu-Dehli bu məsələdə Moskva ilə daim əlaqədədir. 

TodayPress xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib. 

“Rusiya ilə Ukrayna arasında davam edən münaqişəyə gəlincə, biz müntəzəm olaraq əlaqə saxlayırıq. Əvvəllər dediyim kimi, biz inanırıq ki, problemlər sülh yolu ilə həll edilməlidir. Sülh və sabitliyin tezliklə bərqərar olmasını tam dəstəkləyirik” deyə o, bildirib.

Töhfə Səməd

tag: Ukrayna, Münaqişə, Hindistan,Narendra Modi, Rusiya, todaypress.az,