Hindistanda xəstəxanada yanğın zamanı 10 uşaq öldü
Dünya
16.11.2024 06:34
Hindistanın şimalındakı Uttar-Pradeş
ştatının Cansi şəhərindəki xəstəxananın uşaq şöbəsində baş verən yanğın
nəticəsində azı 10 xəstə ölüb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu
barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
"Uşaqların çoxu xilas edilsə də, ilkin məlumata
görə, bədbəxt hadisə nəticəsində 10 uşaq ölüb" yerli administrasiya
rəsmisi Avinaş Kumar jurnalistlərə bildirib.
“Şöbə əməkdaşlarından alınan məlumata görə, yanğın saat
22:35 (Bakı vaxtı ilə saat 21:05) radələrində baş verib”, - Kumar əlavə edib.
Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər həkimlər və tibbi heyət tüstü
basmış otağın şüşələrini sındıraraq xəstələri təxliyə ediblər. "37 uşaq
təhlükəsiz şəkildə xilas edilib" o deyib.
Yanğının güman edilən səbəblərindən biri qısaqapanmadır.
“Yanğının səbəblərini araşdırmaq üçün komissiya yaratmışıq” hakimiyyət
nümayəndələrindən biri bildirib.
tag: Hinndistan, Yanğın, Uşaq, Ölüm, Kumar, todaypress.az,