Hindistanda vəhşi meymunlar kəndi zəbt etdi

Dünya

26.12.2024 10:32

Hindistanın Cammu və Kəşmir əyalətində vəhşi meymunlar (makakalar) yerli sakinlərə hücum ediblər. 

TodayyPress xəbər verir ki, bu barədə “Daily Excelsoir” məlumat yayıb.  

Qeyd olunub ki, aqressiv primatların sakinlərə hücumunun qarşısını almaq üçün heç bir tədbir görülməyib. 

Sakinlər şikayət edirlər ki, hər dəfə kimsə çölə çıxanda heyvanların hücum riski ilə üz-üzə qalır. İnsanlar vəhşi makakların məhsullara da ziyan vuracağından qorxurlar.

Sakinlər hakimiyyətdən problemi həll etməyi tələb edirlər.

Günəş Mərd

tag: Vəhşi , Meymun ,Hindistan, Hücum ,todaypress.az,