Hindistanda üsyançı qrup polis avtobusunu partlatdı

Dünya

06.01.2025 18:40

Hindistanın Bijapur şəhərində qiyamçı "Maoçu" qruplaşmasının nümayəndələri polis avtobusunu partladıblar. 

TodayPress xəbər verir ki, bu barədə "Hindistan Times" məlumat yayıb.

Onlar bildiriblər ki, əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 8 Rayon Ehtiyat Mühafizəsinin (DRG) əsgəri ölüb. Bu, "Maoçu"ların son iki ildə Hindistan təhlükəsizlik işçilərinə qarşı törətdikləri ən böyük hücum hesab edilib.

“Bu kədəri sözlə ifadə etmək mümkün deyil, amma sizi əmin edirəm ki, əsgərlərimizin fədakarlığı boşa çıxmayacaq” deyə Hindistanın daxili işlər naziri bildirib.

Xatırladaq ki, 2021-ci ildə 400-ə yaxın hind komandosu "Maoçu" üsyançıları tərəfindən pusquya salınıb. Onlar 1960-cı illərdən bəri Hindistanda fəaliyyət göstərirlər. Bu qruplaşma maoizm və marksizm-leninizm versiyalarını təbliğ edir və onların terror fəaliyyəti dünyada ən böyüklərdən biri hesab edilir.

Töhfə Səməd

tag: Hindistan ,Maoçu, Polis ,Avtobus ,todaypress.az,