Hindistanda torpaq sürüşməsi: 41 nəfər öldü
Hindistanın cənubundakı Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 41-ə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Asianet” məlumat yayıb.
Bildirilib ki, ərazidəki körpü dağıldığı üçün təcili yardımın hadisə yerinə çatması mümkünsüz olub. Hazırda bölgəyə fövqəladə halların xilasediciləri cəlb olunur. Əraziyə Hərbi Hava Qüvvələrinə məxsus üç helikopter də göndərilib. Lakin davam edən leysan yağışları xilasedicilərin işlərinə mane olur.
İlkin məlumatlara əsasən, ölənlərin sayının artacağı gözlənilir.
Töhfə Səməd
tag: Hindistan, Torpaq Sürüşməsi, Körpü, Kerala, Hadisə, todaypress.az,