Hindistanda təbii fəlakətlər 2800 nəfərin həyatına son qoydu
Dünya
03.12.2024 22:34
Hindistanda 2024-cü ilin aprelindən
noyabr ayına qədər təbii fəlakətlər nəticəsində 2800-dən çox insan həlak olub.
TodayPress xəbər verir ki, bunu respublikanın
Daxili İşlər Nazirliyi parlament üzvlərinin sorğusuna cavab olaraq bildirilib.
Agentliyin məlumatına görə, təbii
fəlakətlər nəticəsində 2803 nəfər həlak olub, 347 min ev zədələnib, 58 835 baş
mal-qara tələf olub, bir milyon hektardan artıq əkin sahəsi zərər çəkib.
Nazirlik əlavə edib ki, zərər çəkmiş insanlara kömək etmək üçün ölkənin Milli Fəlakətlərə Cavab Fondundan 148 milyard rupi (təxminən 1,7 milyard dollar) ayrılıb.
Aynur TAC
tag: DİN, Hindistan, Zərər, Ekologiya, Təbii Fəlakət, todaypress.az,