Hindistanda təbii fəlakət nəticəsində ölənlərin sayı artdı
Hindistanın şimal-şərqində leysan yağışlarının səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 58-ə çatıb.
TodayPress xəbər verir ki, bu barədə Hindistanın “Times” qəzeti məlumat yayıb.
Minlərlə
insanın evlərindən təxliyə edildiyini açıqlayan səlahiyyətlilər, bu insanların
yerləşdirilməsi üçün əyalətin müxtəlif yerlərində yüzlərlə düşərgənin
qurulduğunu bildirib.
Təbii fəlakətdən zərərçəkənlərin sayının təxminən 2,3 milyondan çox olduğu bildirilib.
tag: Hindistan, Yağışlar, Meteorologiya, Daşqınlar, todaypress.az,