Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər həlak olub

Dünya

17.06.2024 11:10

Hindistanda sərnişin qatarı ilə yük qatarı toqquşub. Hadisə Qərbi Benqal əyalətində baş verib. Nəticədə azı 5 nəfər ölüb.

TodayPress-in məlumatına görə, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

tag: Hindistan, Sərnişin, Yük Qatarı, Ölüm, Toqquşma, todaypress.az,