Hindistanda “Nipah” təhlükəsi: 1 nəfər öldü, 60 nəfər xəstəliyə yoluxdu

Dünya

22.07.2024 14:15


Hindistanın Kerala əyalətində 14 yaşlı uşağın “Nipah” virusundan ölməsindən sonra xəbərdarlıq elan edilib.

TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

Ştatın səhiyyə nazirinin sözlərinə görə, 60 nəfər isə xəstəliyə yoluxub. 

Bölgədəki insanlardan ictimai yerlərdə maska taxmaq və xəstəxanadakı insanlara baş çəkməmək kimi ehtiyat tədbirlərin görülməsi tələb olunub. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, “Nipah” virusu donuzlar və yarasalar kimi heyvanlardan insanlara ötürülən infeksiyadır. 

Qeyd edək ki, 14 yaşlı yeniyetmə virusa yoluxduğu təsdiqləndikdən bir gün sonra vəfat edib. 

Töhfə Səməd

tag: Hindistan, Kerala,Nipah, Virus, todaypress.az,