Hindistanda leysandan azı 12 nəfər öldü
Dünya
02.09.2024 02:23
Hindistanın cənubundakı Andhra-Pradeş və
Telanqana ştatlarında “Asna” siklonunun fəsadları nəticəsində azı 12 nəfər
ölüb.
TodayPress xəbər verir ki, bu barədə Hindistan
mətbuatı rəsmilərə istinadən məlumat yayıb.
“Asna” siklonu iki gün ərzində dayanmayan güclü leysan
yağışlarına səbəb olub, küçələri, evləri və avtomobilləri su basıb. İlkin
məlumatlara görə, Andhra-Pradeşdə 294 kənddən 9 nəfər ölüb 600-dən çox insan
xilas edilib” məlumatda deyilir.
Qeyd olunur ki, daşqın nəticəsində qonşu Telanqana
ştatında 3 nəfər ölüb, yol hərəkəti iflic olub. Hindistan Meteorologiya İdarəsi
Telangananın 11 rayonunda qırmızı təhlükə elan edib.
Yerli hakimiyyət orqanlarından verilən məlumata görə,
polis, Dövlət Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri və Milli Fəlakətlərə Qarşı
Mübarizə Qüvvələri xilasetmə işləri aparır.
Bildirilib ki, alçaq ərazilərin bir çox sakini təhlükəsiz
ərazilərə köçürülüb. Cənub Mərkəzi Dəmiryolu güclü daşqın səbəbindən hər iki
ştata bir çox reysləri ləğv edib.
tag: Qəza,Hindistan, Fəlakət,Helikopter,Ölüm,todaypress.az,