Hindistanda istidən ölənlərin sayı 85-ə çatdı

Dünya

04.06.2024 08:12

Hindistanın Uttar Pradeş və Odişa əyalətlərində istidən ölənlərin sayı 85-ə çatıb.

TodayPress xarici mətbuata istinadla xəbər verir ki, 2 həftədir davam edən istilər insanlara çətin gülər yaşadır. İstiliyin 50 dərəcəyə çatdığı şəhərlərdə son 3 gündə ölüm hallarının artdığı qeyd olunur.

İsti hava səbəbindən həyatını itirənlər arasında ölkədə 6 həftədir davam edən seçkilərdə vəzifə başında olan polis, sandıq nəzarətçisi, mühafizəçi və xadimələrin də olduğu bildirilib. Uttar Pradeşdə seçkilərdən məsul olan Navdeep Rinva ölən personalın ailələrinə 18 min dollar maddi təzminat veriləcəyini açıqlayıb.

Hindistanın digər bölgələrində isə ciddi su böhranı və enerji problemləri yaşanır. Hindistan Meterologiya Xidməti, isti havanın önümüzdəki həftələrdə musson yağışlarından sonra  səngiyəcəyinin gözlənildiyini açıqlayıb.

Günel

tag: Hindistan,Polis,Uttar Pradeş,Su Böhranı,todaypress.az,