Hindistanda helikopter qəzaya uğradı: Ölənlər var
Dünya
02.10.2024 10:04
Hindistanın qərbində, Pune şəhəri yaxınlığında Mumbaya gedən şəxsi helikopter qəzaya uğrayıb.
TodayPress xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
“Heritage Aviation” şirkətinin VT-EVV qeydiyyat nömrəli “Agusta 109” helikopteri qəzaya uğrayıb. Təyyarədə iki pilot və bir texniki işçi olub. Sərnişin olmayıb” idarədən bildirilib.
Qeyd olunub ki, təyyarədə olanların hamısı ölüb.
Qəzanın ilkin səbəbinin qatı duman olduğu bildirilir.
Günəş Mərd
tag: Təyyarə ,Qəza, Hindistan ,Pune ,Mumbay ,todaypress.az,