Hindistanda helikopter qəzası: 5 ölü, 2 yaralı
Hindistanın şimalındakı Uttarakhand ştatında turistləri daşıyan özəl helikopterin qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti məlumat verib.
Qəza mayın 8-də səhər saat 09:00 radələrində baş verib. Helikopter Qanq çayının mənbəyi sayılan Qanqotri istiqamətində hərəkət edib.
Polisin məlumatına görə, həyatını itirənlərin hamısı turistlər olub. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Qiymət Mahir
tag: Hindistan,Qəza,Helikopter,Ölüm,Todaypress.az,