Hindistanda fil insanlara hücum etdi, 17 nəfər yaralandı

Dünya

08.01.2025 19:27

Hindistanın Kerala əyalətində dini bayram zamanı fil insanlara hücum edib.

TodayPress xəbər verir ki, bu barədə “Hindistan Times” məlumat yayıb.

Məlumata görə, fil izdihamın üzərinə hücum edərək çaxnaşmaya səbəb olub. Hücum nəticəsində azı 17 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

tag: Hindistan,Kerala,Fil,Hücum,İnsanlar,todaypress.az,