Hindistanda dini ibadətgahda yaranmış izdihamda ölənlərin sayı 116-ya çatdı
Dünya
03.07.2024 00:37
Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin
zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.
TodayPress xəbər verir ki, bu barədə ştatın rəsmi qurumları
açıqlama yayıb. Bildirilir ki, 88 nəfər ibadətgahda keçinib, yaralı vəziyyətdə
olan 27 nəfər qonşu Etah rayonunun hospitalında, bir nəfər isə Hathras rayon xəstəxanasında
ölüb. Səlahiyyətli qurumlar ölü sayının artacağını istisna etmir. Çünki xəsarət
alanlar arasında ağır vəziyyətdə olanlar da var.
Qeyd edək ki, hadisə iyulun 2-də ştatın Hathras ştatının
Muğal Qarhi kəndində baş verib. Təxminən 50 minə yaxın adamın iştirak etdiyi
dini ayin zamanı yaranmış sıxlıqda ölənlərin çoxu qadınlardır. Bundan başqa, ölənlər
arasında uşaqlar da var. Hadisə baş verən vaxt havanın isti olması ölüm
hallarının çoxalması ilə nəticələnib.
tag: Hindistan, Uttar Pradeş, İbadətgah, Etah,todaypress.az,