Hindistanda dəhşətli sel baş verdi: Ölənlər var
Hindistanın şimal-şərq ştatlarında güclü yağışlar və daşqınlar həyatı iflic edib.
TodayPress xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.
Bildirilib ki, Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayı 48-ə çatıb. Hazırda insanlar təhlükəsiz bölgələrə təxliyə edilir.
Hindistan Meteorologiya İdarəsi (IMD) şimal-şərq ştatları üçün qırmızı xəbərdarlıq elan edib.
Qeyd edək ki, hər il iyun-sentyabr aylarında baş verən Musson yağışları bölgəyə böyük ziyan vurur.
Töhfə Səmədova
tag: Hindistan, Yağışlar, Meteorologiya, Daşqınlar, todaypress.az,