Hindistanda daşqından sonra şəhəri timsahlar basdı
Dünya
03.09.2024 15:38
Hindistanın Vadodara bölgəsində baş verən daşqınlardan sonra şəhəri timsahlar basıb.
TodayPress xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.
Yerli sakinlər seldən sonra peyda olan timsah dəstələrindən şikayətləniblər.
Yırtıcılar ev heyvanları və mal-qara ilə qidalanaraq insanlara ciddi problemlər yaradır. Yerli sakinlər küçələrə çıxmaqdan qorxurlar.
Şəhər rəhbərliyi timsahlarla bağlı problemi xüsusi nəzarətdə saxladıqlarını bildirib.
Töhfə Səməd
tag: Hindistan, Vadodara, Daşqın, Problemlər ,Yırtıcılar, todaypress.az,