Hindistanda daşqın və torpaq sürüşməsi - 6 nəfər öldü
Dünya
14.06.2024 20:46
Hindistanın Sikkim əyalətində güclü yağışdan sonra baş verən sel və torpaq sürüşməsi nəticəsində 6 nəfər həyatını itirib, təxminən 2400 turist də çətin vəziyyətdə qalıb.
TodayPress xəbər verir ki, Hindistanın turizm mərkəzi olan Sikkim əyalətinin şimalında son günlər təsirli olan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub. Teesta çayının daşması nəticəsində 50-yə yaxın ev yararsız vəziyyətə düşüb. Körpülərə və yollara da ciddi ziyan dəydiyi bildirilir.
Yolların açılması üçün işlərin davam etdiyi qeyd olunub.
GÜNEL
tag: Sikkim, Hindistan, Sel, Daşqın, Turist, todaypress.az,