Hindistanda Çandipura virusuna yoluxması ehtimal edilən 4 uşaq öldü

Dünya

13.07.2024 23:15

Hindistanın qərbindəki Qucarat əyalətində ən azı dörd uşaq ölüb, daha ikisi isə Çandipura virusuna yoluxma şübhəsi ilə müalicə olunur.

TodayPress “Xinhua”ya istinadən xəbər verir ki, ölüm halları Qucaratdakı Himmat Nagar Mülki Xəstəxanasında qeydə alınıb.

Məlumata görə, uşaqların qan nümunələri təsdiqlənmək üçün Pune Milli Virusologiya İnstitutuna göndərilib.

Səhiyyə rəsmiləri Çandipura virusunun qripə bənzər simptomlarla qızdırma və beynin kəskin iltihabına səbəb olduğunu qeyd ediblər. Patogen ağcaqanadlar, gənələr və qum milçəkləri kimi vektorlar tərəfindən ötürülür.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Hindistan, Virus, Qucarat, Çandipura,